Dünyanın bir sıra ölkələrində Amerikanın axtarış sistemi “Google”nin işində problemlər müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən
Nasazlıqlardan ən çox ABŞ, Braziliya, Böyük Britaniya, Rusiya, Almaniyada, Niderland və İspaniya istifadəçiləri şikayət edir.
“Downdetector”un məlumatına görə, “Google”nin 61% istifadəçisi öz hesabına girməkdə çətinlik çəkdiklərini bildirirlər, təxminən 38% istifadəçi axtarışla bağlı problemlə üzləşib.
“YouTube” onlayn videohostinqinin istifadəçiləri də onun işində nasazlığın yarandığını bildirirlər. Nasazlıqlardan ən çox ABŞ, Rusiya, Yaponiya, Norveç, Böyük Britaniya və başqa Avropa ölkələrinin istifadəçiləri şikayət edir.