G7 xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib

G7 xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib G7 ("Böyük Yeddilik") ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib.
Digər ölkələr
26 Mart , 2022 02:45
G7 xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib

G7 ("Böyük Yeddilik") ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi bəyanatda deyilir.

Nazirlər bunu Pxenyanın öhdəlikləri pozması hesab edib və gələcəkdə bu cür hərəkətlərdən imtina etməyə çağırıblar.

"Biz bu hərəkətləri ən kəskin şəkildə pisləyirik. Bunlar KXDR-in BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 2 397 saylı qətnaməsi üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır", - sənəddə vurğulanır.

Bundan əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri KXDR-in Yapon dənizinə doğru uzaqmənzilli raket atdığı barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi