G7-nin XİN rəhbərləri müttəfiqlərin Suriyaya zərbələrini dəstəkləyib

G7-nin XİN rəhbərləri müttəfiqlərin Suriyaya zərbələrini dəstəkləyib Torontodakı görüşün yekununda bəyanat qəbul olunub
Digər ölkələr
24 aprel 2018 02:22
G7-nin XİN rəhbərləri müttəfiqlərin Suriyaya zərbələrini dəstəkləyib

Bakı. 24 aprel. REPORT.AZ/ "Böyük yeddilik" ölkələrinin xarici işlər nazirləri ABŞ, Britaniya və Fransanın bu yaxınlarda Suriyaya endirdikləri zərbələri dəstəkləyiblər.

“Report” xəbər verir ki, G7-nin Torontoda keçirilən görüşünün yekununda qəbul edilən bəyanatda deyilir:

"Cavab məhdud, mütənasib və zəruri idi və kimyəvi silahların istifadəsinə qarşı beynəlxalq normalara riayət etmək üçün bütün mümkün diplomatik imkanların tükənməsindən sonra həyata keçirilib".

Orphus sistemi