Almaniyada G7 ölkələrinin sammiti başlayıb

Almaniyada G7 ölkələrinin sammiti başlayıb Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.
Digər ölkələr
26 İyun , 2022 15:49
Almaniyada G7 ölkələrinin sammiti başlayıb

Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi