FTB Hillari Klintonun məktubları ilə bağlı açıqlama yayıb

FTB Hillari Klintonun məktubları ilə bağlı açıqlama yayıb FTB prezidentliyə namizədin elektron poçtundakı yazışmalarda heç bir cinayət faktına rast gəlinməyib
Digər ölkələr
7 Noyabr , 2016 09:33
FTB Hillari Klintonun məktubları ilə bağlı açıqlama yayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun elektron poçtundakı yazışmalarda heç bir cinayət faktına rast gəlinməyib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Kominin Konqresə göndərdiyi məktubda bildirilib.

Məktubda bildirilib ki, H.Klintonun elektron poçtunda aparılan araşdıma başa çatıb və orada cinayət tərkibli heç bir yazı aşkar edilməyib.

Məlumata görə, prezidentliyə namizəd FTB-nin bu məlumatını məmnuniyyətlə qarşılayıb.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə FTB direktorunun məktubuna etiraz edib. O deyib ki, H.Klinton dələduz bir sistem tərəfindən müdafiə olunur.

Qeyd edək ki, H.Klintonun dövlət katibi olduğu 2009-2013-cü illərdəki rəsmi yazışmaları ilə bağlı 2015-ci ilin avqustunda təhqiqat başlanılmışdı.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçiriləck. Sosioloji sorğuların nəticələrinə əsasən, H.Klinton rəqibi D.Trampı 2-5 faiz qabaqlayır. 

Son xəbərlər

Orphus sistemi