“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
- 18 mart, 2023
- 12:06
"Freddi" tropik siklonu Afrikanın cənub-şərqində 463 nəfərin ölümünə səbəb olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının SABC radiostansiyası məlumat yayıb.
Bildirilib ki, ən çox ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Minlərlə evin və digər tikililərin dağılması nəticəsində dəymiş maddi zərər on milyardlarla dollarla qiymətləndirilir.
Xatırladaq ki, Hind okeanında formalaşmış "Freddi" siklonu 38 gün davam edib və martın 14-ü axşam saatlarında səngiyib. Planetin bu hissəsində indiyədək qeydə alınmış ən uzunmüddətli siklon olan “Freddi”nin episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox məsafə qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə ziyan vurub.
Son xəbərlər
03:08
Tramp: Çinlə ticarət sazişi Kanada üçün fəlakətli olacaq
Digər ölkələr02:56
Nyu-Yorkda bərə xidməti qar fırtınası səbəbindən fəaliyyətini dayandırıb
Digər ölkələr02:34
"Mançester Yunayted" Karrikin rəhbərliyi ilə "Arsenal"ı məğlub edərək ikinci qələbəsini qazanıb
Futbol02:06
ABŞ-nin BMT-dəki nümayəndəsi: Arktika ölkəmizin raketdən müdafiəsi üçün çox vacib olacaq
Digər ölkələr01:32
KİV: Çində tüfəngli dron uğurla sınaqdan keçirilib
Digər ölkələr01:21
Bessent: ABŞ-nin Arktikadakı su marşrutlarını nəzarətdə saxlaması strateji baxımdan vacibdir
Digər ölkələr00:04
Abdel Fattah: Sudanda vəziyyətin nizamlanması Türkiyənin vasitəçiliyi ilə təklif olunub
Digər ölkələr00:03
Daşaltı əməliyyatından 34 il ötür
Qarabağ23:53