“Emmanuel Makron və hökuməti Fransa xalqına deyil, ABŞ hökumətinə xidmət etmək üçün hakimiyyətdədir”.
"Report" xəbər verir ki, bunu Fransanın "Vətənpərvərlər" partiyasının rəhbəri Florian Filippo deyib.
Onun sözlərinə görə, hazırda ölkə bir sıra sosial problemlərlə üzləşib ki, onlardan biri də iqtisadiyyatın bir çox sahələrində etirazlara və tətil dalğasına səbəb olan mübahisəli pensiya islahatıdır. Fransada səhiyyə sistemində böhran, yüksək inflyasiya, ərzaq və enerji qiymətlərinin artması müşahidə olunur.
"İl ərzində Fransa həm pul, həm də silah şəklində Ukraynaya artıq təxminən 8,5 milyard avro xərcləyib. Bu, bir il üçün çox böyük məbləğdir. Sonra da Fransa hakimiyyəti deyir ki, pensiya, səhiyyə sistemi, xəstəxanalar və s. üçün pul yoxdur", - Filippo bildirib.