Fransanın müdafiə naziri: Makron Ukraynaya qoşun göndərməkdən danışmayıb

Fransanın müdafiə naziri: Makron Ukraynaya qoşun göndərməkdən danışmayıb Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb.
Digər ölkələr
27 Fevral , 2024 22:14
Fransanın müdafiə naziri: Makron Ukraynaya qoşun göndərməkdən danışmayıb

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornü söyləyib.

“Bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil”, – o qeyd edib.

Nazir bildirib ki, bazar ertəsi Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması.

Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.

Son xəbərlər

Orphus sistemi