Fransanın ətraf mühit naziri istefaya gedib
Digər ölkələr
- 16 iyul, 2019
- 15:03
Fransanın ətraf mühit naziri Fransua de Rüji (Francois de Rugy) istefaya gedib.
“Report” xəbər verir ki, o, bu addımı özəl nahar məclislərinə, habelə nazirlik iqamətgahındakı yenidənqurma işlərinə külli miqdarda vəsait sərf olunması barədə yayılan xəbərlər səbəbindən atıb.
F.Rüji artıq istefa ərizəsini baş nazir Eduard Filipə təqdim etdiyini, həmçinin sözügedən xəbərləri yayan “Mediapart” araşdırma saytını da məhkəməyə verəcəyini bildirib.
Nazir parlamentin müzakirəsinə belə çevrilən dəbdəbəli məclislər keçirdiyini inkar etməyib və bunu “qeyri-rəsmi işçi naharı” kimi səciyyələndirərək iş zərurəti olduğunu iddia edib.
Qeyd edək ki, F.Rüji Emanuel Makron prezident seçildikdən sonra istefaya gedən dördüncü nazirdir.
Son xəbərlər
14:29
Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib
Maliyyə14:28
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Hadisə14:18
Finlandiya İsraillə hərbi əməkdaşlıq haqqında gizli saziş imzalayıb
Digər ölkələr14:12
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb
Maliyyə14:03
Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb
Biznes14:02
"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb
Komanda13:55
Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr13:41
Ötən gün borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılıb
Hadisə13:33