Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir

Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir Bakı. 17 dekabr. REPORT.AZ/ “Sarı jiletlilər”in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından biri erməni əsilli Hayk Şaqinyandır.
Digər ölkələr
17 Dekabr , 2018 11:06
Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ “Sarı jiletlilər”in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından biri erməni əsilli Hayk Şaqinyandır.

“Report” xəbər verir ki, məlumatı “Euronews” yayıb. 

H.Şaqinyan bildirib ki, “sarı jiletli”lər 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə siyasi qüvvə kimi qatılacaq. 

O, 2018-ci ilin aprel-may aylarında Ermənistanda keçirilən etiraz aksiyalara dəstək məqsədi ilə Fransada təşkil olunan yürüşlərə də qatılıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları başlayıb. “Sarı jiletlilər”in təşkil etdiyi aksiyalara qatılanlar hökumətin ölkədə yanacağın qiymətinin bahalaşmasına dair hazırladığı layihəyə etiraz edirlər.  

Son xəbərlər

Orphus sistemi