Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var Fransanın Dijon şəhəri yaxınlığında kiçik bir turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Digər ölkələr
10 Sentyabr , 2021 21:06
Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Fransanın Dijon şəhəri yaxınlığında kiçik bir turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Darua aerodromunda baş verib.

Təyyarə Nensidən uçub və eniş edərkən qəzaya uğrayıb.

Xilasedicilərin bildirdiyinə görə, göyərtədə olan hər üç şəxs həlak olub.

Qəzaya səbəb kimi pis hava şəraiti göstərilir.

Son xəbərlər

Orphus sistemi