Fransada terror aktı üçün silah daşımaqda şübhəli bilinənlər saxlanılıb

Fransada terror aktı üçün silah daşımaqda şübhəli bilinənlər saxlanılıb Bakı. 31 yanvar. REPORT.AZ/ Fransada terror aktı üçün silah çatdırmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Digər ölkələr
31 Yanvar , 2018 05:29
Fransada terror aktı üçün silah daşımaqda şübhəli bilinənlər saxlanılıb
Foto: "AFP"

Bakı. 31 yanvar. REPORT.AZ/ Fransada terror aktı üçün silah çatdırmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

"Report" "Figaro"ya istinadən xəbər verir ki, çərşənbə günü saxlanılanlar yaşı 30-dan 36-a kimi olan şəxslərdir.

Onlar Parisdə, 2015-ci ilin yanvarında terror aktının törədilməsi üçün silah çatdırmaqda şübhəli bilinirlər. Nəşr bildirib ki, istintaq şübhəlilərin silah daşımalarında hansı rol oynadıqlarını müəyyən etməlidir.

Fransada terror aktları 2015-ci ilin 7 yanvarında "Charlie Hebdo" jurnalının redaksiyasına hücumla başlayıb. Üç gün ərzində 17 nəfər həlak olub. Onlardan 3-ü polis əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi