Fransada silahlı şəxslər saxlanılıb

Fransada silahlı şəxslər saxlanılıb Şübhəli şəxslərin avtomobilində "Kalaşnikov" avtomatı və qumbaraatan aşkarlanıb
Digər ölkələr
3 Oktyabr , 2017 22:16
Fransada silahlı şəxslər saxlanılıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Fransa polisi ölkənin cənubunda silahlı şəxsləri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" mənbəyə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, onların olduğu avtomobildə doldurulmuş "Kalaşnikov" avtomatı və onun mərmiləri, habelə qumbaraatan aşkarlanıb.

Nəşrin məlumatına görə, silahlı şəxslər Marsel yaxınlığındakı Por-de-Buk yaşayış məntəqəsində, polis əməkdaşlarının şübhəli şəxslərin avtomobilinə baxışı zamanı saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi