Fransada qocalar evinə hücumda şübhəli bilinən şəxs saxlanılıb

Digər ölkələr
  • 25 noyabr, 2016
  • 18:57
Fransada qocalar evinə hücumda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Fransanın jandarm qüvvələri ölkənin cənubundakı Ero departamentində qocalar evinə hücum etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

Məlumatda bildirilir ki, saxlanılmış 47 yaşlı şəxs bir zamanlar qocalar evində işləyib. Qeyd edək ki, cümə axşamı maskalı şəxs Monfere-syur-Le şəhərindəki qocalar evinə hücum edib. Hadisə zamanı sanitar həlak olub.

Hadisədən dərhal sonra əraziyə xüsusi təyinatlı polis cəlb edilsə də, cinayətkar qaçıb gizlənə bilmişdi.

Qocalar evində 59 təqaüdçünün yaşadığı bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti