Fransada qar avtomobil yollarını iflic edib

Fransada qar avtomobil yollarını iflic edib Güclü qar Fransanın cənubundakı Lozer departamentində A75 avtomobil yolunda nəqliyyatın hərəkətini iflic edib.
Digər ölkələr
4 Dekabr , 2022 21:31
Fransada qar avtomobil yollarını iflic edib

Güclü qar Fransanın cənubundakı Lozer departamentində A75 avtomobil yolunda nəqliyyatın hərəkətini iflic edib.

"Report" xəbər verir ki, bu barədə TF1 telekanalı hadisə şahidlərinin videolarına istinadən məlumat yayıb.

Kanalın saytında yer alan videolardan görünür ki, onlarla avtomobil qarla örtülü uzun tıxacda qalıb. Buna baxmayaraq, tək-tək minik avtomobilləri yolun əks tərəfində yavaş-yavaş bir-birinə doğru irəliləyir.

Telekanal qonşu Qard departamentində A75 magistralının qarla örtülmüş hissəsinin başqa bir istifadəçi tərəfindən çəkilmiş fotosuna da istinad edir. Sıx qar örtüyünün olduğu kiçik yollarda da sürücülər ciddi problemlərlə üzləşir.

Son xəbərlər

Orphus sistemi