Fransada naməlum şəxs bıçaqla insanlara hücum edib

Fransada naməlum şəxs bıçaqla insanlara hücum edib Hadisə nəticəsində bir neçə nəfər yaralanıb
Digər ölkələr
13 Sentyabr , 2017 22:58
Fransada naməlum şəxs bıçaqla insanlara hücum edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Fransanın Tuluza şəhərində naməlum şəxs bıçaqla yoldan keçən insanlara hücum edib.

"Report" "Dailystar" nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində üçü polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.

Yaralıların bir neçəsi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən təqribən 40 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi