Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artıb

Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artıb Müsəlmanların müqəddəs məbədlərinə hücumların sayı isə əvvəlki ilə nisbətən azalıb
Digər ölkələr
2 Fevral , 2018 04:03
Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artıb

Paris. 2 fevral. REPORT.AZ/ Fransada antisemitizm, irqçi və anti-müsəlman aktlara dair 2017-ci il üçün dövlət hesabatının nəticələri açıqlanıb.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, ötən il Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlərin sayı azalsa da, zorakılıq hallarının sayı artıb.

İrqçilik əsasında edilmiş təhdidlər 17,36% (2016-cı ildə 524, 2017-ci ildə 433), anti-semit əsasda edilmiş təhdidlər 17,1% (2016-cı ildə 258, 2017-ci ildə 214) və nəhayət anti-müsəlman əsasda edilmiş təhdidlər isə 58,5% (2016-cı ildə 118, 2017-ci ildə 49) azalıb.

Bununla belə, irqçilik əsasında törədilmiş zorakılıq əməlləri 2016-cı ildə 84 hal qeydə alndığı halda, 2017-ci ildə artaraq 85 olub. Anti-semit əsasda törədilmiş zorakılıq halları hətta 20% artıb (2016-cı ildə 77, 2017-ci ildə 97).

Müsəlmanların müqəddəs məbədlərinə hücumların sayı 2017-ci ildə əvvəlki ilə nisbətən azalsa da, yəhudilərin dini ocaqlarına edilən hücumların sayı 22% artıb.

Hesabata münasibət bildirən Fransa Daxili İşlər Nazirliyi ölkədə baş verən irqçilik və antisemitizm halları ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi