Fransada miqrantlarla qarşıdurmada 15 polis yaralanıb
Digər ölkələr
- 30 dekabr, 2021
- 19:40
Fransanın şimalındakı Kale kommunasında qanunsuz miqrant düşərgəsinin dağıdılması zamanı qarşıdurmada 15 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kale polis bölməsi tviterdə məlumat yayıb.
Ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Əvvəlcə düşərgə sakinlərinin təxliyəsi sakit keçsə də, onların polis maşınlarına mindirildiyi ərazidə ciddi atışma baş verib.
Hadisə yerində olan 60 polis və jandarm 100-ə yaxın miqrantın onlara hücum etdiyini bildiriblər.
Bir saata yaxın davam edən qarşıdurmada mühafizəçilər gözyaşardıcı qaz və rezin mərmilərlə cavab verib.
Son xəbərlər
13:50
Sibiqa: Rusiya Ukraynanı atəşə tutmaqla diplomatiyanı baltalayır
Digər ölkələr13:34
Selcan Mahsudova: Dünya Kubokunda medal qazanmaq motivasiyamı artıracaq
Fərdi13:30
"Reuters": İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər
Region13:11
Zelenski: Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur
Digər ölkələr13:01
Pezeşkian: İran nüvə danışıqlarında ABŞ-nin təzyiqinə təslim olmayacaq
Region12:51
Foto
Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin ildönümü qeyd olunub
Region12:43
Rusiyanın Kiyev ilə Lvova hücumları nəticəsində ölən və yaralananlar var
Digər ölkələr12:41
Gəncədə körpə ölümü qeydə alınıb
Hadisə12:28