​Fransada minlərlə turist gəmilərdə qalıb

​Fransada minlərlə turist gəmilərdə qalıb Tətil edən dənizçilər Kale limanını bağlayıblar
Digər ölkələr
2 Sentyabr , 2015 05:45
​Fransada minlərlə turist gəmilərdə qalıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ İş yerlərinə görə tətil edən dənizçilər Fransanın Kale limanını bağlayıblar. Bunun nəticəsində turistlər gəmilərdə qalıb.

"Report" xəbər verir ki, dənizçilər Danimarkanın DFDS şirkətinə məxsus gəmilərin satılmasına qarşı etiraz edirlər.

Onların fikrincə, belə bir sövdələşmə iş yerlərinin azalmasına və 500-ə yaxın dənizçinin işini itirməsinə gətirib çıxara bilər.

Dənizçilər qayıqlar vasitəsi ilə limana girişi bağlayıblar. Bu səbəbdən göyərtəsində 2 min sərnişin olan bir gəmi yola düşə, daha ikisi isə limana daxil ola bilməyib.

"The Telegraph"ın məlumatına görə, yayın son günləri limanda yüklənmə olduqca yüksəkdir, çünki turistlərin əksəriyyəti məzuniyyətdən qayıdır.

Son xəbərlər

Orphus sistemi