Fransada koronavirusa görə vəziyyət gərgin olaraq qalır

Fransada koronavirusa görə vəziyyət gərgin olaraq qalır Fransada koronavirus (COVID-19) infeksiyasına 12 148 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
3 Oktyabr , 2020 01:26
Fransada koronavirusa görə vəziyyət gərgin olaraq qalır

Fransada koronavirus (COVID-19) infeksiyasına 12 148 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə Baş İdarəsi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 136 nəfər vəfat edib.

İndiyədək Fransada ümumilikdə 589,653 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 97 778 nəfər müalicə olunaraq sağalıb, 32 155 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 459 720-dir.

Qeyd edilir ki, bununla yanaşı, reanimasiyada olan pasiyentlərin də sayı artıb.

Son xəbərlər

Orphus sistemi