Fransada təyyarələrin qəzaya uğraması nəticəsində iki britaniyalı ölüb - YENİLƏNİB
- 24 iyul, 2019
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın cənub-şərqində, Larş şəhəri yaxınlığında iki kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məlumata görə, iki nəfərin olduğu təyyarədəki şəxslər - 18 və 37 yaşlı Böyük Britaniya vətəndaşları ölüb. Digər təyyarədə tək olan pilot isə yaralanıb.
***15:22
Fransanın cənub-şərqində, Larş şəhəri yaxınlığında (Yuxarı Provans Alpları departementi) iki kiçik təyyarə toqquşaraq qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, yerli polisdən təyyarələrin birində iki nəfərin, digərində isə yalnız pilotun olduğunu bildiriblər.
Onların axtarışı təyyarənin qalıqlarının tapıldığı İtaliya ilə sərhəd yaxınlığındakı dağlıq ərazidə aparılır. Axtarış əməliyyatında 20-dən çox jandarma və xilasedici, jandarma helikopteri iştirak edir.