Fransada helikopter qəzaya uğrayıb, 3 xilasedici həlak olub
- 02 dekabr, 2019
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın cənub-şərqində daşqınların vurduğu ziyanın aradan qaldırılması ilə məşğul olan üç xilasedici Mülki Təhlükəsizlik Qüvvələrinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, helikopterlə rabitə dünəndən - hava nəqliyyatı vasitəsinin axtarış-xilasetmə əməliyyatını başa çatdırmaq üçün Var departamentində yerləşən aeroporta uçduğu zaman kəsilmişdi. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil, araşdırma aparılır.
Qeyd edək ki, bu gün Fransada ölkənin cənub-şərqində baş verən güclü daşqınlar səbəbilə tətbiq olunan hava şəraiti təhlükəsinin "qırmızı" səviyyəsi ləğv edilib.