Fransada deputat intihar edib
Digər ölkələr
- 07 iyul, 2025
- 22:22
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" Partiyasından olan üzvü Olivye Marleks özünün seçildiyi dairədə - Anet kommunasında (Fransanın mərkəzindəki Er və Luar departamenti) intihar edib.
"Report"un xəbərinə görə, bu barədə AFP agentliyi prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.
Məlumata görə, 54 yaşlı deputatın meyiti bazar ertəsi axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb. Patrul kommunanın merini çağırıb.
Faktla bağlı təhqiqata başlanılıb.
F.Marleks parlamentə seçilməzdən əvvəl Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.
Son xəbərlər
16:56
Paşinyana "sülh mükafatı" - Azərbaycana dəyişməyən siyasi-ideoloji qərəz - ŞƏRH
Analitika16:55
Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq portfelinin dəyəri 16 milyard dolları keçib
Maliyyə16:55
Hökumət üzvlərinin oktyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Daxili siyasət16:52
Azərbaycan son 6 ildə infrastrukturun yenilənməsinə çəkdiyi xərci açıqlayıb
Maliyyə16:51
Orxan Zeynalov: "Enerji sahəsində layihələr BOEM-in inteqrasiyasına dair üstünlük yaradır"
Energetika16:45
Azərbaycan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinə PMI statusu almaq üçün müraciət edəcək
Energetika16:43
Sahil Babayev: "Milli iqtisadiyyat son illərdə sabit artım nümayiş etdirib"
Maliyyə16:40
Pərviz Şahbazov: "Əlaqəlilik iqtisadi və geosiyasi münasibətlərin yeni arxitekturasının təməlidir"
Energetika16:40