Fransada deputat helikopter qəzasında həlak oldu

Fransada deputat helikopter qəzasında həlak oldu Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib
Digər ölkələr
7 Mart , 2021 22:45
Fransada deputat helikopter qəzasında həlak oldu

Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub.

Bu barədə “Report” “Europe 1” radiostansiyasına istinadən xəbər verir.

KİV-in məlumatına görə, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder Olivye Dasso həlak olub. Onun 60 yaşı varmış.

Qəza zamanı həmçinin helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi