Fransada COVID-19-dan ölüm sayı azalıb

Fransada COVID-19-dan ölüm sayı azalıb Fransada 284 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
22 İyun , 2020 04:40
Fransada COVID-19-dan ölüm sayı azalıb

Fransada 284 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə “Sante publique” sanitariya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 160 377 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 640-ı vəfat edib, 9 823 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Fransada infeksiyadan gündəlik ölüm sayında azalma müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi