Fransada Bastiliyanın alınması günü münasibətilə təxminən 900 maşın yandırılıb

Digər ölkələr
  • 15 iyul, 2017
  • 22:46
Fransada Bastiliyanın alınması günü münasibətilə təxminən 900 maşın yandırılıb

Bakı. 16 iyul. REPORT.AZ/ Fransada Bastiliya qalasının alınması günü bayramı ərəfəsində və bayram günü ümumilikdə 897 maşın yandırılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyyinə istinadən "TV5Monde" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, polis iyulun 13 və 14-də 368 nəfər saxlayıb.