Yuxarı

Fransada Avropanın ən böyük günəş elektrik stansiyası açılıb

Günəş işığını elektrik enerjisinə çevirən bu kompleksin gücü 300 meqavatt təşkil edir

Bakı. 3 dekabr. REPORT.AZ/ Fransada Avropanın ən böyük günəş elektrik stansiyası (GES) açılıb. "Report" TASS-a istinadən xəbər verir ki, kompleks Jironda departamentinin cənub hissəsində, kiçik Sestas şəhərinin yaxınlığında yerləşir.

Günəş işığından alınan enerjini elektrik enerjisinə çevirən bu kompleksin gücü 300 meqavatt təşkil edir. Bu göstərici ilə 300 min sakini olan şəhəri enerji ilə təchiz etmək olar. Stansiyasının yaxınlığında Bordo şəhəri var. Odur ki, onun enerjisinə daim ehtiyac olacaq.

Günəş batareyaları böyük təpənin yamacında quraşdırılıb. Burada 16,5 min modul üzərində 983,5 min fotobatareya montaj edilib. Onların öz aralarında və stansiya ilə birləşdirmək üçün 4 min km uzunluğunda elektrik kabelindən istifadə olunub.

Stansiyada istehsal olunan elektrik enerjisi Fransanın əsas elektrostansiyası olan "Elektrisite de Frans" şirkətinin enerji sisteminə göndərilir. Bu layihə üçün toplamda 360 milyon avro vəsait xərclənilib ki, onun da 60 faizini Fransa şirkətləri verib.

Günəş enerjisindən alınan enerjinin 1 meqavattı 105 avroyadır. Bu, Fransa külək-generator stansiyalarının təklif etdiyi tarifdən bir qədər bahadır (1 meqavattı 95 avrodur).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi