Bakı. 5 dekabr. REPORT.AZ/ Fransada 700 yanacaqdoldurma məntəqəsində bütün növ avtomobil yanacağının qıtlığı yaranıb.
“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb kimi etiraz aksiyası iştirakçılarının böyük yanacaq anbarlarını mühasirəyə almaları göstərilir.
Bildirilib ki, 300 yancaqdoldurma məntəqəsində yanacaq tamamilə, 400-də isə yanacağın bəzi növləri yoxdur.
Qeyd edək ki, noyabrın 17-dən Fransada yanacağın qiymətinin bahalaşacağına etiraz aksiyası keçirilir. Dekabrın 9-da aksiyanın davam edəcəyi gözlənilir.