Fransada 50 il əvvəl qəzaya uğramış təyyarə və sərnişinlərinin qalıqları tapılıb

Fransada 50 il əvvəl qəzaya uğramış təyyarə və sərnişinlərinin qalıqları tapılıb Qəza nəticəsində 177 nəfər həlak olub
Digər ölkələr
29 İyul , 2017 07:22
Fransada 50 il əvvəl qəzaya uğramış təyyarə və sərnişinlərinin qalıqları tapılıb

Bakı. 29 iyul. REPORT.AZ/ Monblan dağ massivinin Fransa ərazisinə düşən hissəsində qəzaya uğramış təyyarə və onun sərnişinlərinin qalıqları tapılıb.

"Report" "The Daily Mail"ə istinadən xəbər verir ki, tapıntının təqribən 50 il əvvəl baş vermiş aviaqəza ilə əlaqəli olduğu ehtimal edilir.

Fraqmentləri tapan tədqiqatçıların fikrincə, qalıqlar 1966-cı ildə Monblanda qəzaya uğramış "Air India" aviaşirkətinə məxsus "Boeing 707" təyyarəsinə aiddir.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 177 nəfərin hamısı ölüb.

Son xəbərlər

Orphus sistemi