Fransada 5 uşaq yol qəzasında yanaraq öldü

Fransada 5 uşaq yol qəzasında yanaraq öldü Fransada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Digər ölkələr
21 İyul , 2020 02:25
Fransada 5 uşaq yol qəzasında yanaraq öldü

Fransada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Drom departamentinin ərazisində qeydə alınıb.

Belə ki, “Renault Scenic” avtomobili yoldan çıxaraq aşıb. Daha sonra avtomobil yanmağa başlayıb.

Nəqliyyat vasitəsində olan 9 nəfərin dördü özünü xilas etsə də, beş uşaq yanaraq ölüb.

Hadisə yerinə 50-dən çox yanğınsöndürən və dörd ağır yaralını xəstəxanaya çatdırmaq üçün üç helikopter cəlb edilib.

Qəzaya səbəb nəqliyyat vasitəsinin əyləcində yaranan problem göstərilir.

Son xəbərlər

Orphus sistemi