Fransa XİN başçısı: "İnanıram ki, Ukrayna qalib gələcək"

Fransa XİN başçısı: "İnanıram ki, Ukrayna qalib gələcək" Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.
Digər ölkələr
7 Mart , 2022 10:37
Fransa XİN başçısı: İnanıram ki, Ukrayna qalib gələcək

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu fikri "France 5” telekanalının efirində səsləndirib.

"İnanıram ki, Ukrayna qalib gələcək. Ən çox diqqətçəkən məqam təsəvvür edilməyəcək qədər müqavimətin göstərilməsidir”,- o qeyd edib.

Nazir vurğulayıb ki, müharibə Rusiyaya baha başa gələcək və Putin ağır nəticələrlə üzləşəcək: “Əminəm ki, uzunmüddətli sanksiyalar Putini çəkindirəcək”.

Son xəbərlər

Orphus sistemi