Fransa və Almaniya "Brexit" üzrə sazişi yenidən nəzərdən keçirməyəcək

Fransa və Almaniya "Brexit" üzrə sazişi yenidən nəzərdən keçirməyəcək Bakı. 27 fevral. REPORT.AZ/ Paris və Berlin Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üzrə sazişin yenidən nəzərdən keçirilə bilməyəcəyi ilə ortaq fikrə malikdirlər.
Digər ölkələr
27 Fevral , 2019 18:14
Fransa və Almaniya Brexit üzrə sazişi yenidən nəzərdən keçirməyəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Paris və Berlin Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üzrə sazişin yenidən nəzərdən keçirilə bilməyəcəyi ilə ortaq fikrə malikdirlər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Parisdə Almaniya Kansleri Angela Merkellə görüşü açan zaman Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Brexit" məsələsi üzrə fikirlərimiz tamamilə üst-üstə düşür. Britaniyanın çıxışı üzrə saziş yenidən nəzərdən keçirilə bilməz. Britaniyaya əlavə vaxt lazımdırsa, müddətin üzadılması barədə məsələni onun Britaniya xalqı tərəfindən dəstəklənəcəyi təqdirdə, araşdıra bilərik", - Fransa Prezidenti deyib.

Eyni zamanda E.Makron qeyd edib ki, aydın perspektivlər olmadan müddətin uzadılmasına dair qərar qəbul etmək olmaz.

Son xəbərlər

Orphus sistemi