Fransa tarixi iqtisadi artıma nail olub

Fransa tarixi iqtisadi artıma nail olub Fransada 2021-ci ildə ÜDM artımı ilkin hesablamalara görə 7 faiz olub ki, bu da 1970-ci ildən bu yana ən yüksək rəqəmdir.
Digər ölkələr
28 Yanvar , 2022 13:18
Fransa tarixi iqtisadi artıma nail olub

Fransada 2021-ci ildə ÜDM artımı ilkin hesablamalara görə, 7 faiz olub ki, bu da 1970-ci ildən bu yana ən yüksək rəqəmdir.

“Report” “Le Figaro”ya istinadən xəbər verir ki, bunu Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (İnsee) bildirib. 2020-ci ildə isə İkinci Dünya müharibəsindən indiyədək ilk dəfə ÜDM 8 faiz azalmışdı.

Bununla belə ötən il dövlət büdcəsinin məxarici 60 milyard avrodan çox olub ki, nəticədə 7 faizədək büdcə kəsiri yaranıb, dövlət borcu isə ÜDM-nin 113 faizini təşkil edib.

Ölkədə ÜDM artımı 2021-ci ilin üçüncü rübündə 3,1 faiz, dördüncü rübündə isə 0,5 faiz, dövlət büdcəsinin məxarici müvafiq olaraq 2,7 faiz və 0,3 faiz, istehlak xərcləri 5,6 faiz və 0,4 faiz, işgüzar sərmayələrin həcmi isə 0,1 faiz və 0,5 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi