Fransa Suriyada İŞİD-in mövqelərinə havadan zərbə endirib

Fransa Suriyada İŞİD-in mövqelərinə havadan zərbə endirib Məlumatı Yelisey sarayı da təsdiqləyib
Digər ölkələr
27 Sentyabr , 2015 17:07
Fransa Suriyada İŞİD-in mövqelərinə havadan zərbə endirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Fransa ilk dəfə olaraq Suriyada terrorçu İŞİD qruplaşmanın mövgelərinə havadan zərbələr endirib.

“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, məlumatı Yelisey sarayı da təsdiqləyib.

Belə ki, Fransa hərbi aviasiyası Suriyada İŞİD mövgelərinə ilk hava hücumları keçirib.

Bundan əvvəl Fransa hərbi hava qüvvələri İraqda terrorçulara qarşı beynəlxalq koalisiyanın birgə əməliyyatlarında iştirak edib.

Fransa prezidenti dəftərxanasının bəyanatında deyildiyinə görə, hədəflər son iki həftə ərzində kəşfiyyat məqsədilə edilmiş uçuşlar zamanı müəyyən edilmişdi.

Əməliyyat Fransanın bölgədəki partnyorları ilə əlaqələndirilərək həyata keçirlib.

Son xəbərlər

Orphus sistemi