Fransa prezidentinin reytinqi ən aşağı səviyyəyə düşüb

Fransa prezidentinin reytinqi ən aşağı səviyyəyə düşüb Bakı. 4 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Emanuel Makronun reytinqi 2017-ci il may ayında vəzifəsinin icrasına başlayandan etibarən ən aşağı səviyyəyə enərək son ay ərzində 10 faiz azalıb və hazırda 31 faiz təşkil edir.
Digər ölkələr
4 Sentyabr , 2018 12:39
Fransa prezidentinin reytinqi ən aşağı səviyyəyə düşüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Emanuel Makronun reytinqi 2017-ci il may ayında vəzifəsinin icrasına başlayandan etibarən ən aşağı səviyyəyə enərək son ay ərzində 10 faiz azalıb və hazırda 31 faiz təşkil edir.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu “İfop” təşkilatının keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

E.Makronun reytinqi hətta sələfi Fransua Ollandın eynilə 1,4 illik hakimiyyət dövrünün sonundakı reytinqindən belə aşağı düşüb.

Rəy sorğusuna görə, fransızların cəmi 32 faizi Makronun “düzgün iqtisadi siyasət yeritdiyini” hesab etdiyi halda, sorğu iştirakçılarının 68 faizi tam əks fikirdədir. Ölkə prezidentinin öz fəaliyyətində “fransızların ümidlərini doğrultduğuna” sorğu iştirakçılarının cəmi 22 faizi əmindir.

Son xəbərlər

Orphus sistemi