Bakı. 25 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland ilk "Mistral" gəmisinin Rusiyaya göndərilməsini dayandırmaq qərarına gəlib. Bu barədə "Report" Yelisey Sarayının mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, Fransa "Mistral" tipli ilk desant helikopter daşıyıcısını Rusiya Hərbi Dəniz Donanmasına noyabr ayının 14-də təhvil verməli idi.