Fransa prezidenti Astanada Ukrayna ilə bağlı keçiriləcək görüşdə irəliləyişin olacağına ümid edir

Fransa prezidenti Astanada Ukrayna ilə bağlı keçiriləcək görüşdə irəliləyişin olacağına ümid edir Ukrayna ilə bağlı yüksək səviyyədə görüş yanvarın 15-də Astanada keçirilə bilər
Digər ölkələr
5 Yanvar , 2015 12:16
Fransa prezidenti Astanada Ukrayna ilə bağlı keçiriləcək görüşdə irəliləyişin olacağına ümid edir

Bakı. 5 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland bildirib ki, yanvarın 15-də keçirilməsi nəzərdə tutulan Ukrayna ilə bağlı "Normand formatındakı" görüşdə irəliləyişin olacağına ümid edir. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Bir müddət əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Ukrayna ilə bağlı "Normand formatındakı" (Almaniya, Fransa, Ukrayna və Rusiya) görüş  yanvarın 15-də Astanada keçiriləcək. Qazaxıstan yanvarın 15-16-da və ya digər vaxt Ukraynada vəziyyət haqqında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiq edib. 

Son xəbərlər

Orphus sistemi