Bakı. 30 yanvar. REPORT.AZ/ "Yaxın bir neçə həftə ərzində Fransa höküməti İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı beynəlxalq konfransın hazırlıq işlərinə başlayacaq. Ancaq bu tədbir də nəticə verməsə rəsmi Paris Fələstinin müstəqilliyini tanıyacaq".
"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Fransanın Xarici işlər naziri Loran Fabius səsləndirib.
Fransalı nazir bildirib ki, sözü gedən konfransda bütün tərəflər iştirak etməlidir, o cümlədər ABŞ, Avropa və Ərəb dövlətlərinin nümayəndələri.
"Biz, bu münaqişəni iki dövlət prinsipi əsasında dinc yolla həll etmək istəyirik. Bu konfrans sülh danışıqları üçün son cəhd olacaq", - deyə Fabius vurğulayıb.