Bakı. 8 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland həftəlik dərc olunan "Charlie Hebdo" jurnalının redaksiyasına terror hücumu ilə əlaqədar olaraq matəm elan edib.
"Report" xəbər verir ki, dövlət başçısı televiziya vasitəsilə xalqa müraciətində 8 yanvar tarixinin ümumilli matəm günü olacağını bildirib.
"Biz, həlak olanların naminə ideal azadlığın müdafiəsini davam etdirəcəyik", - deyə o qeyd edib.
Fransanın dövlət müəssisələrindəki bayraqlar üç gün ərzində endiriləcək.