Fransanın baş nazirinin koronavirus testinin nəticəsi açıqlandı

Fransanın baş nazirinin koronavirus testinin nəticəsi açıqlandı Fransanın baş naziri Jan Kasteks koronavirusa yoluxmayıb və COVID-19 xəstəsi deyil.
Digər ölkələr
347
12 Sentyabr , 2020 23:24
Fransanın baş nazirinin koronavirus testinin nəticəsi açıqlandı
Jan Kasteks

Fransanın baş naziri Jan Kasteks koronavirusa yoluxmayıb və COVID-19 xəstəsi deyil.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Matinyon sarayının nümayəndəsi təkrar testin nəticələrinə istinadən bildirib.

"Mövcud tibb protokoluna əsasən, test baş nazir COVID-19 xəstəsi ilə əlaqədə olduqdan yeddi gün sonra keçirilib. Yoxlamanın nəticəsi mənfidir", - baş nazirin administrasiyasında bildiriblər.

Nümayəndənin sözlərinə görə, baş nazir artıq özünü təcridetmə rejiminin qaydasına riayətetməni dayandıra biləcək.

Bir həftə öncə Jan Kasteks "Tur de Frans" velosiped yarışına baş çəkib. O, bir neçə saat idman yarışının direktoru Kristian Pryudomla ünsiyyətdə olub. Bir qədər sonra məlum olub ki, Pryudom koronavirusa yoluxub. Kasteks ötən çərşənbə axşamı birinci koronavirus analizi verib və nəticə mənfi olub.

Son xəbərlər

Orphus sistemi