Fransa Aşağı Palatası sədrinin evini yandırmağa cəhd olub

Fransa Aşağı Palatası sədrinin evini yandırmağa cəhd olub Bakı. 9 fevral. REPORT.AZ/ Fransada naməlum şəxslər Milli Məclisin (Parlamentin Aşağı Palatası) sədri Rişar Ferranın evini yandırmağa cəhd ediblər.
Digər ölkələr
24204
9 Fevral , 2019 04:35
Fransa Aşağı Palatası sədrinin evini yandırmağa cəhd olub

Bakı. 9 fevral. REPORT.AZ/ Fransada naməlum şəxslər Milli Məclisin (Parlamentin Aşağı Palatası) sədri Rişar Ferranın evini yandırmağa cəhd ediblər.

“Report” xəbər verir ki, bu barədə qurumun saytına yerləşdirilən kommünikedə qeyd olunub.

"Milli jardarmeriya əməkdaşları tərəfindən hadisə yerində ədyal, qismən yanmış təkər və yanacağa batırılmış əldəqayırma məşəl aşkar olunub ki, bu da qəsdən yanğın törətmək barədə düşünməyə şübhə yeri qoymur", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yanğını Ferranın qonşusu görüb və polisə zəng edib. Ev sahibinin özü isə həmin vaxt baş nazir Eduar Filipp ilə Ren şəhərində işgüzar səfərdə olub. O, bu cinayət aktını pisləyib və polisə şikayət edib.

Son xəbərlər

Orphus sistemi