Almaniyanın Frankfurt-Mayn şəhərinin 16 mindən çox sakini İkinci Dünya Müharibəsindən qalmış bombanın zərərsizləşdirilməsi əməliyyatı ilə bağlı təxliyyə edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətinin məlumatında bildirilir.
Bildirilir ki, 500 kiloqramlıq bomba Avropa Mərkəzi Bankının binası yaxınlığında, inşaat işləri zamanı aşkarlanıb. Ərazidə dəmiryol vağzalı, şəhər elektrik stansiyası, polis bölməsi, əlillər və qocalar evi var.
Təxmini hesablamalara görə, İkinci Dünya Müharibəsinin sonlarında Hitler Almaniyasına 2 milyondan çox müxtəlif kalibrli bombalar atılıb. Onların 10, bəzi məlumatlara görə 20 faizi partlamayıb.