Yuxarı
    Bağlamaq

    Frank-Valter Ştaynmayer Almaniya prezidenti seçilib

    Onun namizədliyinin lehinə ümumilikdə 1239 parlamentari səs verib

    Bakı. 12 fevral. REPORT.AZ/ Keçmiş xarici işlər naziri, sosial-demokrat Frank-Valter Ştaynmayer Almaniya prezidenti seçilib.

    "Report" xəbər verir ki, Almaniya prezidentini 630 Bundestaq deputatı və 630 federal torpaq nümayəndələrindən ibarət Federal Məclis seçir.

    Birinci turda Ştaynmayerin seçilməsi üçün 631 səs toplamaq lazım idi. Onun namizədliyinin lehinə 931, ümumilikdə isə 1239 parlamentari səs verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi