Yuxarı

​Finlandiyanın baş naziri öz evini qaçqınlara təklif edib

Yanvar-avqust aylarında Finlandiyaya 7015 sığınacaq axtaran miqrant gəlib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Finlandiyanın baş naziri Yuha Sipilya İkinci Dünya müharibəsindən sonra Avropaya ən böyük miqrant axını fonunda öz evini qaçqınlar üçün verməyə hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Yle" teleradio şirkəti məlumat yayıb.

Baş nazir deyib ki, Kempeledə yerləşən evi qalmağa yer axtaran qaçqınlar üçün sığınacaq ola bilər. Bu gün o, Kempeledəki evinin məcburi qaçqınların sığınacağı üçün verilməsi məsələsini müzakirə etmək məqsədilə şəhərin yerli hakimiyyət orqanları ilə görüşməyə gedəcək.

Yanvar-avqust aylarında Finlandiyaya 7015 sığınacaq axtaran miqrant gəlib. Ölkənin miqrasiya xidmətinin məlumatına görə, Finlandiyaya gələn qaçqınların sayı hər həftə artır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi