Finlandiyanın baş naziri COVID-19-a görə özünü 3-cü dəfə təcrid etdi

Finlandiyanın baş naziri COVID-19-a görə özünü 3-cü dəfə təcrid etdi Finlandiyanın baş naziri Sanna Marin özünü təcrid edib, çünki mobil proqram onun koronavirusa yoluxa biləcəyini göstərib.
Digər ölkələr
342
10 Sentyabr , 2020 22:24
Finlandiyanın baş naziri COVID-19-a görə özünü 3-cü dəfə təcrid etdi
Sanna Marin

Finlandiyanın baş naziri Sanna Marin özünü təcrid edib, çünki mobil proqram onun koronavirusa yoluxa biləcəyini göstərib.

“Report” xəbər verir ki, bu barədə Avropa KİV-ləri bildirib.

Finlandiyanın Nazirlər Kabinetinin rəsmi məlumatında deyilir ki, Marində "xəstəliyin heç bir əlaməti yoxdur və o özünü yaxşı hiss edir".

Sentyabrın 1-də Finlandiyada COVID-19-un yayılmasının izlənilməsi üzrə istifadəyə verilən mobil proqram 34 yaşlı baş nazirin koronavirusa yoluxa bilməsi ehtimalını göstərib, çünki o, infeksiyanın təsdiqləndiyi insanla ünsiyyətdə olub.

Marin koronavirus analizi verəcək.

Yerli KİV xatırladır ki, bu, artıq birinci dəfə deyil ki, siyasətçi məsafəli işə keçir. Marin əvvəlcə apreldə, sonra isə avqustun sonunda özünü təcrid edib. Ancaq hər iki dəfə onda koronavirusa yoluxma təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi