Finlandiyada yeni ildən başlayaraq balıqçılardan balıqlarını diri saxlamaq yasaqlanır

Finlandiyada yeni ildən başlayaraq balıqçılardan balıqlarını diri saxlamaq yasaqlanır Finlandiyada yanvarın 1-dən etibarən balıqların dərhal öldürülməsini tələb edən yeni balıqçılıq qanunu qüvvəyə minir.
Digər ölkələr
31 dekabr 2023 13:44
Finlandiyada yeni ildən başlayaraq balıqçılardan balıqlarını diri saxlamaq yasaqlanır

Finlandiyada yanvarın 1-dən etibarən balıqların dərhal öldürülməsini tələb edən yeni balıqçılıq qanunu qüvvəyə minir.

“Report” ERR.ee saytına istinadən xəbər verir ki, finlandiyalı balıqçılar qış qarmaqları ilə tutulan balıqları artıq buzda diri qoya bilməzlər.

İndi Finlandiya balıqçıları balıqları mümkün qədər tez və ağrısız şəkildə öldürməlidirlər, məsələn, başına güclü bir zərbə ilə, bundan sonra qan ondan boşaldılmalıdır.

Son xəbərlər

Orphus sistemi