Finlandiya NATO-ya üzvlük qərarını mayın 12-də açıqlayacaq

Digər ölkələr
  • 01 may, 2022
  • 01:22
Finlandiya NATO-ya üzvlük qərarını mayın 12-də açıqlayacaq

Finlandiya Prezidenti Sauli Niinistö NATO-ya üzvlüklə bağlı qərarını mayın 12-də açıqlayacağına söz verib.

"Report"un xarici KİV-ə istinadən xəbərinə görə, Finlandiya dövlət başçısı bu barədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müvafiq qərar hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə aparılan danışıqlardan sonra veriləcək.

Eyni zamanda, Finlandiya dövlətinin başçısı diqqəti regionda təhlükəsizliklə bağlı dəyişmiş vəziyyətə yönəldib.

İsveçin “Expressen” nəşrinin məlumatına görə, İsveç və Finlandiya mayın 17-21-də NATO-ya üzv olmaq üçün müraciət etməyi planlaşdırır.