Filippində zəlzələ nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb

Filippində zəlzələ nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb Filippində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, azı 37 nəfər xəsarət alıb.
Digər ölkələr
16 Dekabr , 2019 06:10
Filippində zəlzələ nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb

Filippində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, azı 37 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Manila Bulletin" qəzeti məlumat yayıb.  

Polisin son məlumatına görə, xəsarət alanların hamısı Davao Del Sur vilayətindədirlər. Təbii hadisə nəticəsində vilayətin elektrik enerjisi ilə təchizatında problem yaranıb. 

Zəlzələ həmçinin bir neçə binaya da zərər vurub.

Qeyd edək ki, Filippində 6,8 bal gücündə zəlzələ dünən, yerli vaxtla saat 6:11-də qeydə alınıb. Zəlzələnin episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, zəlzələ ocağı 28,2 kilometr dərinlikdə yerləşib. 

Son xəbərlər

Orphus sistemi