Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var

Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var Zəlzələ nəticəsində azı 1 nəfər ölüb, daha 25 nəfər xəsarət alıb
Digər ölkələr
5 Mart , 2017 20:44
Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var

Bakı. 5 mart. REPORT.AZ/ Filippində zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, zəlzələ Suriqao şəhərindən 13 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ nəticəsində azı 1 nəfər ölüb, daha 25 nəfər isə xəsarət alıb.

Yeraltı təkanların gücü 5,9 bal olub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son vaxtlar Filippində zəlzələlər tez-tez qeydə alınır.

Son xəbərlər

Orphus sistemi