Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı 375 nəfərə çatıb

Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı 375 nəfərə çatıb Filippin adalarında “Rai” qasırğası 375 nəfərin həyatına son qoyub.
Digər ölkələr
20 Dekabr , 2021 20:47
Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı 375 nəfərə çatıb

Filippin adalarında “Rai” qasırğası 375 nəfərin həyatına son qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rappler” nəşri məlumat yayıb.

Eyni zamanda azı 500 nəfər xəsarət alıb, 56 nəfər isə itkin düşüb.

Ölkənin qasırğanın ziyan vurduğu rayonlarında bərpa işləri aparılır. Qərbi Neqros vilayətinin qubernatoru fəlakət rejiminin tətbiq olunduğunu elan edib. Çünki bu vilayətdə 3,7 mindən çox ev dağılıb, daha 16,4 min tikiliyə ziyan dəyib. İlkin hesablamalara görə, qasırğa bu vilayətə 5,98 milyard peso (119,9 milyon ABŞ dolları) ziyan vurub.

Xatırladaq ki, dekabrın 16-da Honkonq Meteorologiya Rəsədxanası bu mövsüm 22-ci - “Rai” adı verilmiş tayfunun Sakit Okeanın qərbində baş verdiyini açıqlayıb. Filippinin Şərqi Visayas regionunun səlahiyyətliləri 82 mindən çox insanı fəlakətdən əvvəl təxliyə edib. İnsanlar Cənubi Leyte, Leyte, Samar, Şərqi Samar, Şimali Samar və Biliran vilayətlərindəki 274 təxliyə mərkəzində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi